Rusiyanın Leninqrad vilayətində polis azərbaycanlı mütəşəkkil cinayətkar dəstənin üzvünü həbs edərkən ayağından güllələyib.

Heftelik.az-ın məlumatına görə, hadisə dörd nəfərdən ibarət azərbaycanlı dəstənin təqib olunması zamanı baş verib.

Leninqrad vilayətinin Qatçina, Kirov, Vıborq və Luqa rayonlarında evlərə və yardımçı tikililərə soyğunçuluq məqsədi ilə basqın edən dəstə üzvləri “Mina-Novinka” avtomobil yolunda saxlanılıb.

Onlar iki “Hyundai” markalı avtomobillə bağ evlərinə növbəti dəfə basqından külli miqdarda qənimətlə qayıdarkən saxlanılıblar.

Avtomobillərdən birinin yük yerində oğurlanmış tikinti alətləri və əşyalar olub.

Polis dəstə üzvlərini saxlayarkən onlardan üçü qaçıb, biri isə polis əməkdaşlarına müqavimət göstərdiyi üçün ayağından güllələnib.

Hər 4 dəstə üzvü saxlanılıb və barələrində “qarət” maddəsi ilə iş açılıb.