Tərəvəz və ərzaqlıq kartofa qoyulan xüsusi fitosanitar tələblər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.

Tərəvəzlər və ərzaqlıq kartofa qoyulan xüsusi fitosanitar karantin tələbləri

 №Karantin nəzarətində olan malın növü

(XİF MN üzrə kodla)

Xüsusi fitosanitar karantin tələbləri
1Təzə və ya soyudulmuş ərzaqlıq və texniki məqsədlər üçün kartof (Solanum tuberosum)

 

0701 90 100 0

0701 90 500 0

0701 90 900 0

 

 

Bu tələbin 5.1-ci bəndinin tələbləri gözlənilməklə kökyumrusu birəböcəyi (Epitrix tuberis), kartof torpaq birəböcəyi (Epitrix cucumeris), kartof sürməsi (Thecaphora solani), Qvatemala kartof güvəsi (Tecia solanivora), kartofda qanqrena (Phoma foveata), kartofun and latent virusu (Andean potato latent virus), kartof güvəsi (Phthorimaea operculella), kartofun qonur çürüməsi (Ralstonia solanacearum), Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi), Kolumbiya yalançı kök fır nematodu (Meloidogyne  fallax), solğun kartof nematodu (Globodera pallida), qızılı kartof nematodu (Globodera rostochiensis), gövdə nematodu (Ditylenchus dipsaci),  kartof gövdə nematodu (Ditylenchus destructor), nizəşəkilli nematod    (Xiphinema rivesi), kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus), kartofun xərçəngi (Synchytrium endobioticum) və kartof yumrularının milşəkilliliyi viroidindən (Potato spindle tuber viroid) və azad olmalıdır.

Məhsulun kartofun qonur çürüməsi (Ralstonia solanacearum), kartof xərçəngi (Synchytrium endobioticum) və yumrularda halqavari bakterial çürüməsinin (Clavibacter michiganensis subsp. sepedonicus) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakı qeyd olunmalıdır:

“Məhsul kartofun qonur çürüməsi (Ralstonia solanacearum), kartof xərçəngi (Synchytrium endobioticum) və kartof yumrularında halqavari bakterial çürümədən (Clavibacter michiganensis subsp. sepedonicus) azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir.”

2Təzə və ya soyudulmuş pomidor (Solanum lycopersicum)

0702 00 000 0

Pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus), pepino mozaika virusu (Pepino mosaic virus), qarğıdalı yarpaq sovkası (Spodoptera frugiperda), cənub sovkası (Spodoptera eridania), Asiya pambıq sovkası (Spodoptera litura), Misir pambıq sovkası (Spodoptera           littoralis), pomidor lağımlayıcı güvəsi (Tuta absoluta), qərb çiçək tripsi (Frankliniella occidentalis), qırmızı tor gənəsi (Tetranychus evansi) və sarı sarmaşıqdan (Cuscuta spp.) azad olmalıdır.

Məhsulun pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) və pepino mozaika virusunun (Pepino mosaic virus) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakı qeyd olunmalıdır:

“Məhsulun pomidor meyvələrinin qonur qırışıqlıq virusundan (Tomato brown rugose fruit virus) və pepino mozaika virusundan (Pepino mosaic virus) azad istehsal yerində və (və ya) sahəsində istehsal edilmişdir.”

3Şalğamaoxşar soğan (Allium cepa), soğan-şalot (Allium ascalonicum), kəvər soğanı (Allium porrum), sarımsaq (Allium sativum) və digər soğanaqlı tərəvəzlər, təzə və ya soyudulmuş

 

0703 10 190 0

0703 10 900 0

0703 20 000 0

0703 90 000 0

Qərb çiçək tripsi (Frankliniella occidentalis) və qarğıdalı yarpaq sovkasından (Spodoptera frugiperda) azad olmalıdır.
4Baş kələm, gül kələm, daş kələm (kolrabi), yarpaq kələm və Brassica növlü analoji yeyilən tərəvəzlər, təzə

 

0704 10 000 0

0704 20 000 0

0704 90 100 0

0704 90 800 0

Amerika          yonca minalayıcısı (Liriomyza trifolii), tərəvəz yarpaq lağımlayıcısı (Liriomyza sativae), qərb çiçək tripsi (Frankliniella occidentalis), pambıq ağqanadlısı (Bemisia tabaci), Asiya pambıq sovkası (Spodoptera litura) və Misir pambıq sovkasından (Spodoptera littoralis) azad olmalıdır.
5Kahı (Lactuca sativa) və kasnı (Cichorium spp.), təzə və ya soyudulmuş

 

0705 11 000 0

0705 19 000 0

0705 21 000 0

0705 29 000 0

Pambıq ağqanadlısı (Bemisia tabaci), Misir pambıq sovkası (Spodoptera littoralis), Amerika yonca minalayıcısı (Liriomyza trifolii), Cənubi Amerika yarpaq lağımlayıcısı (Liriomyza huidobrensis) və tərəvəz yarpaq lağımlayıcısından (Liriomyza sativae) azad olmalıdır.

 

Kahı (Lactuca sativa) və kasnı (Cichorium spp.) köklü idxal olunduğu halda, yuxarıdakı abzasda göstərilənlərlə yanaşı Kolumbiya yalançı kök fır nematodundan (Meloidogyne fallax) azad olmalıdır.

6Yerkökü (Dacus), şalğam-turp (Brassica rapa), mətbəx (qırmızı) çuğunduru, keçisaqqalı (Tragopogon), meyvəköklü kərəviz (Apium), qırmızı turp (Raphanus sativus) və başqa analoji yeyilən meyvəköklülər, təzə və soyudulmuş

 

0706 10 000 0

0706 90 100 0

0706 90 300 0

0706 90 900 0

Texas kök çürüməsi  (Phymatotrichopsis omnivora), solğun kartof nematodu (Globodera pallida), qızılı kartof nematodu (Globodera rostochiensis), Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi), Kolumbiya yalançı kök fır nematodu (Meloidogyne fallax)  çuğundur damarlarının nekrotik saralma virusundan (Beet necrotic yellow vein benyvirus) azad olmalıdır.
7Xiyar (Cucumis sativus) və kornişonlar, təzə və ya soyudulmuş

 

0707 00 050 0

0707 00 900 0

Şərq yemiş milçəyi (Bactrocera cucurbitae), qabaq milçəyi   (Dacus ciliatus ), qarğıdalı yarpaq sovkası (Spodoptera frugiperda), qərb çiçək tripsi (Frankliniella occidentalis),  pambıq ağqanadlısından (Bemisia tabaci) azad olmalıdır.
8Şalğam (Brassica rapa), yarpaq çuğunduru (manqold) (Beta vulgaris), yem meyvəköklüləri, yem kələmi (Brassica oleracea var. acephata)

 

0706 90 900 0

1214 90 100 0

1214 90 900 0

 

Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi), Kolumbiya yalançı kök fır nematodu (Meloidogyne fallax)  çuğundur damarlarının nekrotik saralma virusundan (Beet necrotic yellow vein benyvirus) azad olmalıdır.
9 

Şəkər çuğunduru (Beta vulgaris)

1212 91 800 0

Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi), Kolumbiya yalançı kök fır nematodu (Meloidogyne fallax) və çuğundur damarlarının nekrotik saralma virusundan (Beet necrotic yellow vein benyvirus) azad olmalıdır.
10Paxlalı tərəvəzlər (Fabaceae), qabıqlı, təzə və ya soyudulmuş

 

0708 10 000 0-dan

0708 20 000 0-dan

0708 90 000 0-dan

Spodoptera spp. və Kallosobruxus (Callosobruchus spp.) cinsindən olan dənyeyənlərdən azad olmalıdır.
11Paxlalı tərəvəzlər (Fabaceae) (qabıqsız) və onların emalı məhsulları

 

0708 10 000 0-dan

0708 20 000 0-dan

0708 90 000 0-dan

0713 10 900 0-dan

0713 20 000 0-dan

0713 31 000 9-dan

0713 32 000 9-dan

0713 33 900 0-dan

0713 34 000 0-dan

0713 35 000 0-dan

0713 39 000 9-dan

0713 40 000 9-dan

0713 50 000 9-dan

0713 60 000 0-dan

0713 90 000 9-dan

1201 90 000 0-dan

1202 42 000 0

Enlixortumlu düyü uzunburunu (Caulophilus latinasus), Braziliya dənyeyəni (Zabrotes subfasciatus), Araxis dənyeyəni (Caryedon serratus), Kallosobruxus cinsinə aid növlər (Callosobruchus spp.) və Kapr böcəyindən (Trogoderma granarium) azad olmalıdır.
12Maniok (Manihot esculenta), maranta (Maranta), səhləb, yerarmudu və ya topinambur (Helianthus tuberosus), şirin kartof və ya batat (Ipomoea batatas) və yüksək nişasta və ya inulin tərkibli digər analoji meyvəköklülər və kökyumruları, təzə, soyudulmuş və ya qurudulmuş, bütöv, dilimlənmiş və ya qranullar halında; saqo palmasının özəyi

 

0714 10 000 0

0714 20 100 0

0714 20 900 0

0714 90 200 0

0714 90 900 0

Nizəşəkilli nematod (Xiphinema rivesi), Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi) və Kolumbiya yalançı kök fır nematodundan (Meloidogyne fallax) azad olmalıdır.
13Qovun (Cucumis melo), qarpız (Citrullus vulgaris) və balqabaq (Cucurbita pepo)

 

0709 93 900 0-dan

0807 11 000 0

0807 19 000 0

Şərq yemiş milçəyi (Bactrocera cucurbitae), yemiş milçəyi (Myiopardalis pardalina), qabaq milçəyi   (Dacus ciliatus ), sarı sarmaşıq (bütün növləri) (Cuscuta spp.) və uzun tikanlı senxrus alaq otu toxumlarından (Cenchrus longispinus) azad olmalıdır.
14Bibər (Capsicum annum),      təzə və ya soyudulmuş

 

0709 60 100 0

0709 60 990 0

Cənubi Amerika yarpaq lağımlayıcısı (Liriomyza huidobrensis), qərb çiçək tripsi (Frankliniella occidentalis), zebra çip (Candidatus liberibacter solanacearum) və pomidor meyvələrinin qonur qırışıqlıq virusundan (Tomato brown rugose fruit virus) azad olmalıdır.
15Badımcan (Solanum melongena) təzə və soyudulmuş

0709 30 000 0

Qarğıdalı yarpaq sovkası (Spodoptera frugiperda), qırmızı tor gənəsindən (Tetranychus evansi) azad olmalıdır.
16Qulançar (Asparagus) , təzə və ya soyudulmuş

0709 20 000 0

Misir pambıq sovkası (Spodoptera littoralis), qarğıdalı yarpaq sovkası (Spodoptera frugiperda), cənub sovkası   (Spodoptera eridania), qərb çiçək tripsi (Frankliniella occidentalis)  pambıq ağqanadlısından (Bemisia tabaci) azad olmalıdır.
17Digər tərəvəzlər (ispanaq, razyana, ənginar, şüyüd, keşniş, reyhan və nanə)

0709 70 000 0

0709 91 000 0

0709 99 500 0

0709 99 900 0

Qərb çiçək tripsi (Frankliniella occidentalis), Spodoptera spp, Liriomyza spp., gövdə nematodu (Ditylenchus dipsaci), Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi), palma tripsi (Trips palmi) və pambıq ağqanadlısından (Bemisia tabaci) azad olmalıdır.
18Göbələklər

 

0709 51 000 0

0709 52 000 0

0709 53 000 0

0709 54 000 0

0709 55 000 0

0709 56 000 0

0709 59 000 0

Ditylenchus destructor – dan azad olmalıdır.