Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən , polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi olub, o, əslən Xankəndi şəhərindədir.