Valyuta əməliyyatları barədə vahid sisteminə Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair hansı məlumatların daxil edilməli olduğu açıqlanıb. Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sisteminə Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair aşağıdakı məlumatlar daxil edilir:

– əməliyyatın icra saatı və tarixi;

– valyutanı köçürən valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;

– əməliyyatın təyinat ölkəsi;

– vəsait alanın adı;

– vəsaiti köçürən şəxsin hesab nömrəsi (köçürmə hesab vasitəsilə həyata keçirildikdə);

– əməliyyatın məbləği və valyutası;

– əməliyyatın kanalı (SWIFT/sürətli pul köçürmə sistemi (adı göstərilməklə)/ digər (əlavə məlumat verilməklə);

– Qaydaların əməliyyatın aparılması əsasını müəyyən edən müvafiq struktur elementi;

– əməliyyatın aparılmasına əsas verən təsdiqedici sənədlərin adı, tarixi, nömrəsi;

– əməliyyatın təyinatı;

– əməliyyatın unikal istinad nömrəsi.