Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.

Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda daha 1 hərbçinin yaralı olduğu qeyd olunub. Bundan öncə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına açıqlamasında 4 hərbçinin öldüyünü açıqlamışdı.