Qeyri-hökumət təşkilatının, xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəlik və ya filialının, habelə siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı Ədliyyə Nazirliyinə daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qurumun fəaliyyətinin dayandırılması barədə məlumat dövlət reyestrinə daxil olduqdan sonra onun sənədlərində qurum və ya təsisçilər tərəfindən hər hansı dəyişikliyin edilməsinə yol verilmir.