Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.