İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Əvvəl kassasiya şikayəti verən şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir. Sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə qərar qəbul edir. Azlıqda olan hakim xüsusi rəyini yazıb işə əlavə edə bilər. Qəbul edilən qərar sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir.