Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv edir, ya da yenidən baxmağı rədd edir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə aktları ləğv edildikdə, iş Mülki-Prosessual Məcəlləyə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə göndərilir və bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə tərəfindən yenidən baxılır.