İxrac və ya təkrar ixrac fitosanitar sertifikatları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 12 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Fitosanitar Sertifikatlar”) tələblərinə uyğun, ingilis və ya rus dilində olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.

Bu Qaydalara cavab verən yüksək fitosanitar riskli karantin nəzarətində olan məhsulların (kəsilmiş güllər, habelə seleksiya və elmi – tədqiqat məqsədləri üçün gətirilən əkin və səpin materialları da daxil olmaqla) əl yükləri, beynəlxalq poçt daşımaları və daşıyıcı şirkətlər vasitəsilə idxalına yalnız həmin məhsullar ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən verilmiş ixrac fitosanitar sertifikatı ilə müşayiət edildiyi halda yol verilir.