Çoxmərtəbəli karkas binalar, əgər karkas dayaqlarında hesablama yüklərindən boyuna qüvvələr kritik qüvvənin 10%-dən böyük qiymətini təşkil edərsə, onlar deformasiyaya uğrayan sxem üzrə dağ-mədən işlənməsi ilə yaranan yana yatmanın (əyilmənin) təsirinə hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Birmərtəbəli istehsalat karkas binaları layihələndirərkən əsasən sütunların addımı 6,0 və 12,0 m qəbul olunur. Kənar sıraların addımı 6,0 m və ortada 12,0-18,0 m çatıaltı konstruksiyalar tətbiq olunan karkasların IV, III və IVк qrup işlənmiş ərazilərdə nəzərdə tutulmasına yol verilir.