Ali Məhkəmənin Plenumu müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
– kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;
– kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;
– kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa;
– işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa;
– kasasiya instansiyası məhkəməsinin qərarı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa.