Möhür Ədliyyə Nazirliyinə təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış təqdim edilməlidir.