Qiymətləndirilmiş öhdəliklərin inventarizasiyasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan qiymətləndirilmiş öhdəliklərin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
– əmlakın (qiymətlilərin) uçot kartları;
– öhdəliklər üzrə uçot kitabı.
Mühasibat uçotu subyekti tərəfindən qiymətləndirilmiş öhdəliklərin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
– işdən azad olma ilə bağlı qısamüddətli və uzunmüddətli müavinətlər və öhdəliklər;
– qısamüddətli və uzunmüddətli zəmanət öhdəlikləri;
– qısamüddətli və uzunmüddətli hüquqi öhdəliklər;
– digər qısamüddətli və uzunmüddətli qiymətləndirilmiş öhdəliklər.