Öhdəliklər üzrə məbləğlər dəqiqləşdirildikdə kənarlaşmalar hesabat ilində mənfəətin (zərərin) artırılması (azaldılması) və yaxud mühasibat uçotu subyektinin yaratdığı kapital ehtiyatları hesabına uçotda əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması haqqında təkliflər baxılmaq üçün mühasibat uçotun subyektinin rəhbərliyinə təqdim edilir. Yaranmış fərqlərin uçotda əks etdirilməsi barədə sonuncu qərarı mühasibat uçotun subyektinin rəhbəri verir.