Övladlığa götürmə işlərinə aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o zaman müstəsna səlahiyyətə malik olurlar ki, övladlığa götürən ər-arvaddan biri və ya uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onların Azərbaycan Respublikasında adətən olduğu yer olsun.