Qeyri-kommersiya qurumlarının təsis sənədlərinə dəyişikliyin qeydiyyata alınması üçün ərizəyə hansı sənədlərin əlavə olunduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
– təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar;
– təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini, habelə ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər. Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur:
– hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;
– qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
– təsisçilər dəyişildiyi halda – təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri. Təsisçilikdən çıxan fiziki şəxsin ərizəsi notariat qaydasında təsdiq edilməlidir.
– fondda nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə – müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);
– xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol);
– nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə) (Əlavə 5) və ya yeni redaksiyada nizamnamə (2 nüsxədə) və digərləri.
– təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd;
– qeyri-hökumət təşkilatında icra orqanının tərkibi dəyişildiyi halda – icra orqanının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
– siyasi partiyanın proqramına edilmiş dəyişikliyi özündə əks etdirən sənəd və ya yeni proqramı (yeni proqram qəbul edildikdə onun 2-ci, 3-cü və s. redaksiya olması titul vərəqində göstərilir.)