Qrunt dedikdə bina və qurğularla bilavasitə qarşılıqlı təsirdə olan yer qabığının üst hissəsini təşkil edən və dispers cisim olan süxurlar nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Keyfiyyətcə bir-birindən fərqlənən qrunt növlərinə qrunt əsasda həmişə təmiz halda rast gəlinmir və qarışıq halda qum və gildən ibarət olur.
Üfüqi yerdəyişmə qruntun əsasına (dafiə qüvvə sistemli bünövrələr, istinad divarları və s.) üfüqi yüklərin təsirindən və ya qruntun təbəqəsinin yuxarı hissəsinin xüsusi çəkisindən qruntların çökməsi, batması zamanı səthin əhəmiyyətli dərəcədə yerdəyişməsindən yaranan deformasiyaların üfüqi toplananıdır.