Dövlət qeydiyyatına alınmış hər bir qeyri-kommersiya qurumu və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış qeyri-kommersiya qurumunun yaratdığı nümayəndəlik və ya filiallar barədə məlumatlar reyestrə daxil edildikdən sonra onların qeydiyyata alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər mühafizə edilmək üçün arxivə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dövlət reyestr məlumatlarını əks etdirən və qeydiyyat üçün təqdim edilən sənədlər toplusu, o cümlədən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış arxivdə müvafiq qurumun qeydiyyat nömrəsi altında mühafizə edilir.