Xarici valyutanın Azərbaycan Respublikasından kənara köçürülməsi mal və (və ya) xidmətlərin idxalı ilə əlaqədar olduqda informasiya sisteminə bu əməliyyat üzrə təsdiqedici sənədlərə dair hansı məlumatların daxil edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Xarici valyutanın Azərbaycan Respublikasından kənara köçürülməsi mal və (və ya) xidmətlərin idxalı ilə əlaqədar olduqda informasiya sisteminə bu əməliyyat üzrə təsdiqedici sənədlərə dair aşağıdakı məlumatlar daxil edilir:
– bəyannamənin tipi (mal idxal olunduğu halda), nömrəsi və tarixi;
– malı (xidməti) göndərənin (təqdim edənin)/ixracatçının adı;
– malı (xidməti) qəbul edənin/idxalatçının adı;
– malı (xidməti) təqdim edən ölkə;
– idxal olunmuş malın (xidmətin) adı və malın kodu;
– idxal əməliyyatına əsas verən sənəddə nəzərdə tutulan malın (xidmətin) ümumi dəyəri;
– qabaqcadan ödənilən vəsaitlər (avans) müqabilində idxal olunmuş malın (xidmətin) dəyəri, onun valyutası və ABŞ dolları ekvivalentindəki dəyəri.