Türkiyənin Ərzincan vilayətində qızıl mədənində baş verən torpaq sürüşməsi zamanı mədənin 9 işçisi torpaq altında qalıb.

Heftelik.az-ın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Ərzincan bələdiyyə sədri bildirib.

Hazırda ərazidə onların xilas edilməsi istiqamətində iş aparılır.

***

saat 18.01

Türkiyədə qızıl mədənində torpaq sürüşməsi olub.

Heftelik.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, hadisə Ərzincanda baş verib.

Geniş ərazidəki mədəndə sürüşmə nəticəsində torpaq kütləsinin altında işçilərin qaldığı bildirilir. Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.