Xarici məhkəmələrin ayrı-ayrı prosessual tapşırıqlarının yerinə yetirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edilməyibsə,Mülki-Prosessual Məcəllədə müəyyən edilmiş qaydalarla icra edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər.