Qurumun nizamnaməsi (və ya əsasnaməsi), dövlət qeydiyyatı haqqında şəhadətnaməsi yararsız hala düşdükdə, həmin sənədlər təhvil verilərək yenisi ilə əvəz edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin dublikatının verilməsi  “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş miqdarda dövlət rüsumu ödənilməklə həyata keçirilir. Yeni şəhadətnamənin verilməsi barədə dövlət reyestr kitabının “qeydlər” sütununda qeyd edilir.