Arxiv işinə məsul şəxs dövlət qeydiyyatına alınmış qurumun arxiv sənədlərinin qeydiyyat nömrələrinin ardıcıllığı üzrə arxivdə mühafizəsini təşkil və onların itməsi, korlanması və məhv olmasının qarşısının alınmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Arxiv havası dəyişdirilən, quru, kənar şəxslərin daxil olmasına qadağa qoyulan, yanğın təhlükəsizliyi təmin edilən yerdə təşkil olunur.