Öz yükünü daşıyan daş divarlar tətbiq olunduqda onları divaraltı bünövrə tir üzərinə oturtmaqla və karkas elementlərinə birləşdirməklə bina karkasının sütunları yanında kəsilməsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Binanın karkas oxları üzrə daxili divarları çevik ankerlərlə sütunlara bərkidilməlidir və xarici divarlara, tavalara və rigellərə bitişik yerlərdə və onların texnoloji və sanitar-texniki boru kəmərləri ilə kəsişmə yerlərində 50 mm-dən az olmayan ara nəzərdə tutulmalıdır.