Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində edilmiş dəyişikliklər, habelə qeyri-kommersiya qurumlarının dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-kommersiya hüquqi şəxslər və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.