Qurumun fəaliyyətinin dayandırılmasına dair məlumatda qərarı çıxarmış məhkəmə, onun çıxarıldığı tarix, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, əsası, dayandırmanın başa çatdığı tarix göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Fəaliyyəti dayandırılmış qeyri-hökumət təşkilatının, xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının fəaliyyətinin vaxtından əvvəl bərpa edilməsi barədə məhkəmə qərarı Ədliyyə Nazirliyinə daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilir.