Türkmənistanda “mənəvi saflığını” qiymətləndirmək üçün kütləvi şəkildə məktəbli qızların bakirəliyini yoxlamaq qərarına gəliblər.
Heftelik.az-ın məlumatına görə, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, respublikanın qərbində yaşayan şagirdlər və onların analarının dediyinə görə, ginekoloji müayinələr uşaqların və valideynlərin razılığı olmadan aparılır. Yerli təhsil işçilərindən biri onu da bildirib ki, imtahandan keçməyən məktəbli qızlarla bağlı məlumatlar polisə və Milli Təhlükəsizlik Nazirliyinə ötürülür.
Məmurlardan biri bildirib ki, təhlükəsizlik qüvvələri cinsi partnyorları olduğu iddia edilən qızların mobil telefonlarını tez-tez yoxlayır. Bu cür yoxlamaların son aylar regionda yeniyetmə hamiləliklərinin sayının artması ilə əlaqələndirilə bilər.