Əvvəllər uçota alınmış, habelə başqa dövlət orqanlarında qeydiyyata alınmış qeyri-kommersiya qurumları qanunvericilikdə müəyyən edilmiş qaydada şərti nömrə altında müvafiq dövlət reyestr kitabına daxil edilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Reyestr kitabının qeydlər sütununda qurumun əvvəlki qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qeydiyyat orqanı haqqında məlumatlar göstərilir.