Qeyri-kommersiya qurumunun nizamnaməsi yeni redaksiyada dövlət qeydiyyatına alındığı zaman onun əvvəlki redaksiyada olan nizamnaməsi geri alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 gün müddətində qeydiyyata alınır və bu barədə reyestr kitabında qeyd edilir. Siyasi partiyanın proqramında edilmiş dəyişikliklər və yeni proqramı qanunvericiliyin tələblərinə zidd olmadıqda 5 gün müddətində arxiv sənədlərinə əlavə olunur.