Qurğuların əsaslarının yol verilən deformasiyaları qurğularda onların əsas təyinatı üzrə istismar olunması üçün cari təmir və qaydaya salınması işlərinin aparılmasını mümkün edən zədələnmələri yarada bilən deformasiyalardır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Qurğuların əsaslarının həddi deformasiyaları artması ilə insan həyatı üçün təhlükə və qurğunun qəza vəziyyətini yarada bilən deformasiyalar, ehtimal olunan deformasiyalar və yerdəyişmələr dağ-mədən işlərinin inkişafının təqvim planı olmayan şəraitdə müəyyən olunan deformasiya və yerdəyişmələrin qiymətləridir.
Gözlənilən deformasiyalar və yerdəyişmələr hesablamalar üçün lazım olan ilkin nəticələr məlum və dağ-mədən işlərinin inkişafının təqvim planı olan şəraitlərdə müəyyən olunan yerdəyişmə və deformasiyaların qiymətləridir.