Azərbaycan Respublikasından kənara köçürülən qabaqcadan ödənilən vəsaitlər (avans) geri qaytarıldıqda informasiya sisteminə hansı məlumatlar daxil edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Azərbaycan Respublikasından kənara köçürülən qabaqcadan ödənilən vəsaitlər (avans) geri qaytarıldıqda informasiya sisteminə aşağıdakı məlumatlar daxil edilir:
– geri qaytarılmanın tarixi;
– geri qaytarılmış vəsaitin valyutası və onun ABŞ dolları ekvivalentindəki dəyəri;
– geri qaytarılma əməliyyatının unikal istinad nömrəsi.