“Kurtlar Vadisi” yeni bölümləri ilə tamaşaçıların görüşünə hazırlaşır.

Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, televiziya tarixində iz qoymuş və illərdir adı hallanan “Kurtlar Vadisi” yeni adla rəqəmsal platformada yayımlanacaq.

Yeni adı ‘Kurtlar Vadisi Kaos”olaraq açıqlanan serialın Acun Ilıcalının sahibi olduğu Exxen kanalında yayımlanacağı iddia edilib.

Serialın baş rol ifaçılarından olan Necati Şaşmaz yeni serialda “Polat Alemdar” obrazı ilə çəkiləcək. Yayım tarixi hələ müəyyən edilməmiş “Kurtlar Vadisi Kaos”un aktyor heyətində Erhan Ufak, Erkan Sever, Hakan Boyav və Ayşegül Çınar kimi adların olacağı bildirilir.