Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə daxil etdikləri məlumatlarda uyğunsuzluqlar aşkar olunduqda dərhal dəyişikliklər aparmaq və ya onları ləğv etmək, səbəbləri göstərilməklə bu barədə istifadəçinin rəhbərliyinə yazılı məlumat vermək informasiya sistemi iştirakçılarının vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək və informasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər vuran və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək də yer alıb.