Qəyyumluq və ya himayəçiliklə əlaqədar tapşırıqları icra etdikdə Azərbaycan Respublikasının məhkəmələri o hallarda beynəlxalq səlahiyyətə malik olurlar ki, himayəçiliyə, qəyyumluğa verilən və yaxud uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun, yaxud da onların Azərbaycan Respublikasında adətən yaşayış yerləri olsun.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Əgər himayəçiliyə, qəyyumluğa verilənin və yaxud uşağın Azərbaycan Respublikası məhkəmələrinin himayəçiliyinə ehtiyacları varsa, Azərbaycan Respublikası məhkəmələri bu barədə beynəlxalq səlahiyyətə malikdirlər.