Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən nələrin müəyyənləşdirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən aşağıdakılar müəyyənləşdirilməlidir:
– qiymətli kağızların düzgün sənədləşdirilməsi;
– balansda uçota alınmış qiymətli kağızların real vəziyyəti;
– qiymətli kağızların saxlanılması (faktiki mövcud qalıqların mühasibat uçotu məlumatları ilə tutuşdurulması);
– qiymətli kağızlar üzrə daxil olmuş gəlirlərin mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsi.