Taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsulları çoxillik ambroziya (Ambrosia psilostachya), yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia), üçdilimli ambroziya (Ambrosia trifida), tumurcuqlu kəndalaş (Iva axillaris), sürünən kəkrə (çəhrayı) (Acroptilon repens ), azçiçəkli senxrus (lövbərli) (Cenchrus spinifex), karolina quşüzümü (Solanum carolinense), üççiçəkli quşüzümü (Solanum triflorum), zolaqyarpaqlı quşüzümü (Solanum elaeagnifolium), tükcüklü pişikdili (Bidens pilosa), çuxurlu ipomeya (Ipomoea lacunosa), tikanlı quşüzümü (Solanum rostratum) və uzuntikanlı senxurusdan (Cenchrus longispinus) azad olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.

Taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsullarında karantin alaq otlarının toxumları və ya meyvələri aşkar edildikdə həmin partiyaların emal edilməsi, bu mümkün olmadıqda isə geri qaytarılması və ya məhv edilməsi barədə Agentlik tərəfindən müvafiq Qərar qəbul olunur.