Birmərtəbəli karkas binaların layihələndirilməsində bünövrə əsasında nələrin nəzərə alınmamalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Birmərtəbəli karkas binaların layihələndirilməsində bünövrə əsasının aşağıdakı yerdəyişməsi nəzərə alınmamalıdır:

şaquli – əgər xüsusi yük birləşməsinə hesablanarkən sütun bünövrələrinin çökmə fərqləri AzDTN 2.15-1-də verilmiş qiymətləri aşmırsa;

üfüqi – əgər onların qiymətləri bu əlavənin cədvəl 2-də verilmiş üfüqi yerdəyişmələrinin həddi qiymətlərini aşmırsa.