Qiymətli kağızların inventarizasiyası mühasibat uçotu subyektinin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Qiymətli kağızların inventarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə ayrıca aparılır. Mühasibat uçotu subyektinin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki rekvizitləri uçot kitablarına məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir.