Qeydiyyatda olan qurumun arxiv sənədləri müddətsiz mühafizə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dövlət reyestri kitablarında qeydiyyata alınmış bütün qurumlar ləğv edildiyi halda həmin kitab sonuncu ləğvetmədən sonra, ləğv edilmiş qurumların arxiv sənədləri isə qurumun dövlət reyestrindən çıxarıldığı gündən 75 il mühafizə edilir. Dövlət qeydiyyatına alınmasından imtina edilmiş qurumların, həmçinin reyestrdə qeydə alınmalı faktların dəyişikliyinin qeydiyyatından imtina ilə bağlı sənədlərin 3 il müddətinə saxlanılması təmin edilir.