Taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsullarında Striga cinsindən olan alaq otlarının toxumlarına rast gəlindikdə partiyanın geri qaytarılması barədə Agentlik tərəfindən müvafiq Qərar qəbul olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsulları yalnız ətrafa dağılmasını istisna edəcək nəqliyyat vasitələrində və ya təzə və hava keçirən qabalaşdırılma materillarında idxal edilə bilər. Bu bəndin tələbləri istehlak üçün nəzərdə tutulan qablaşdırmalarda olan məhsullara şamil edilmir.