Valyuta əməliyyatları barədə vahid informasiya sistemindən məlumatları əldə etmək və əldə edilən məlumatlardan yalnız valyuta nəzarəti məqsədi üçün istifadə etmək informasiya sistemi iştirakçılarının vəzifələri sırasındadır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Bu vəzifələr sırasında informasiya sistemindən istifadə zamanı məlumatların kənar şəxslər tərəfindən oxunmasına imkan verməmək və həmin məlumatların qanunla müəyyən edilmiş qaydada konfidensiallığını qorumaq, informasiya sisteminə daxil olmağa imkan verən gücləndirilmiş elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) pozmamaq və məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən səlahiyyətli şəxslərə maneələr yaratmamaq da var.