Ləğv prosesində olan qeyri-kommersiya qurumu yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ləğvetmə prosesinin ümumi müddəti qurumun ləğv edilməsi barədə məlumatın qeyri-kommersiya qurumlarının övlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.