Qeyri-kommersiya hüquqi şəxslərin və xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının təqdim etdikləri sənədlərə baxılarkən əvvəllər müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılıb-qaldırılmaması yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılması tələb edilməlidir.