Valyuta əməliyyatları barədə vahid informasiya sistemi sahibinin (Mərkəzi Bank) istifadəçinin (iştirakçının) informasiya sistemindəki məlumatlara (elektron kabinetə) giriş hüququnu hansı  hallarda dayandıra biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Valyuta əməliyyatları barədə vahid informasiya sistemi sahibinin (Mərkəzi Bank) istifadəçinin (iştirakçının) informasiya sistemindəki məlumatlara (elektron kabinetə) giriş hüququnu aşağıdakı hallarda dayandırmaq hüququ var:

– informasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə cəhdləri baş verdikdə;

– valyuta əməliyyatlarının həyata keçirilməsi fəaliyyəti Mərkəzi Bank tərəfindən dayandırıldıqda.