Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Nazirlikdən Heftelik.az-a verilən məlumata görə, müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.