Qurumun fəaliyyətinin bərpasına dair məlumatda qərarı çıxarmış məhkəmə, onun çıxarıldığı tarix, qüvvəyə mindiyi tarix, bərpa üçün müraciət etmiş subyekt, bərpanın əsasları, qurumun fəaliyyətinin bərpa edildiyi tarix göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qanunda nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra siyasi partiya 30 gün müddətində Ədliyyə Nazirliyinin həmin qanunda nəzərdə tutulmuş xəbərdarlığında göstərilmiş pozuntuları aradan qaldırır və Ədliyyə Nazirliyinə bu barədə məlumatı təqdim edir. Təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, məlumatın daxil olduğu tarixdən 30 gündən gec olmayaraq Ədliyyə Nazirliyi bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin məlumat alındığı tarixdən siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur. Siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.