Qrunt üzrə sərt döşəmələr (beton, turşu tökməyə davamlı və s.) tərəfləri 6,0 m-dən çox olmayan düzbucaqlara bölünməklə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Düzbucaqlar arasında tikişin eni düstur (5.4) ilə müəyyən olunmalıdır və onda olan kəmiyyəti baxılan istiqamətdə qonşu düzbucaqların mərkəzləri arasında məsafə qəbul olunmalıdır. Düzbucaqlar arasında tikişlər elastik doldurucular ilə doldurulmalıdır. Rabitə-dayaq kimi armaturlanmış beton döşəmənin istifadəsinə yol verilən halda o düzbucaqlara bölünməməlidir.