Rayon (şəhər) qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumu hüquqi ünvanının dəyişdirilməsi faktının dövlət qeydiyyatı həmin qeyri-kommersiya qurumunun dövlət qeydiyyatını həyata keçirən rayon (şəhər) qeydiyyat şöbəsində aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-kommersiya qurumunun hüquqi ünvanının dəyişdirilməsi faktı dövlət qeydiyyatına alındıqdan sonra 3 gün ərzində həmin qeyri-kommersiya qurumunun arxiv sənədləri onun yeni hüquqi ünvanı üzrə rayon (şəhər) qeydiyyat şöbəsinə göndərilir.