Gürcüstan ərazisində yaradılmış separatçı Abxaziya rejimi Azərbaycan vətəndaşını məhkum edib.
Heftelik.az xəbər verir ki, Suxumi Şəhər Məhkəməsi Azərbaycan vətəndaşı Loğman Əliyevi xüsusi külli miqdarda narkotik vasitələrin satışına görə 15 il müddətinə azadlıqdan məhrum edib.
O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Bundan əlavə, o, 800 min rubl cərimə ödəməli olacaq.
Separatçı rejimin istintaqı Loğman Əliyevin istintaqa məlum olmayan şəxslə “metadon” adlı narkotik vasitəni Abxaziya ərazisində satmaq məqsədi ilə gətirdiyini bildirib.
Metadonun ümumi çəkisi 196,486 qram təşkil edib.